"Bu barədə heç bir məlumatım yoxdur. Görmədiyim, bilmədiyim məsələyə münasibət açıqlamaq istəmirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İngiltərənin "Çelsi" komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV tur matçı üçün biletlərin "qara bazar"a ayaq açması barədə sualı cavablandırarkən deyib.
53 yaşlı mütəxəssisin fikrincə, həm klub, həm də bəzi orqanlar hər şeyə maksimum nəzarət edirlər: "Bu, klubumuzun da diqqətindədir. Ona görə də mən bu mövzuya çox da girə bilmərəm".
Qeyd edək ki, noyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Çelsi" oyunu saat 21:45-də başlanacaq.






































































