Türkiyə Futbol Federasiyasının (TFF) Peşəkar Futbol İntizam Komitəsi Azərbaycan millisinin futbolçusu Mert Çelik və aşağı yaşlılardan ibarət yığmalarda çıxış etmiş Emre Kaplan barədə qərarını açıqlayıb.
Sportnet.az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, hər iki oyunçu 45 gün müddətinə cəzalandırılıblar.
Bu müddətdə onlar heç bir yarışda çıxış edə bilməyəcəklər.
Qeyd edək ki, Mert Çelik və Emre Kaplan mərc oyunlarında iştirak səbəbi ilə araşdırmaıara cəlb olunublar.






































































