UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.
Sportnet.az xəbər verir ki, ilk iki mərhələni adlayan Azərbaycan çempionu ilk dəfə təşkil oluna bu mərhələdə Portuqaliyanın “Benfika” klubu ilə qarşılaşacaq.
Cütün ilk dueli bu gün saat 20:00-da Bakı İdman Sarayında keçiriləcək. Zala giriş biletsiz olacaq. Qarşılaşma CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
"Araz-Naxçıvan" ilk oyuna itkilərlə çıxacaq. Vərəqə cəzalısı olduğuna görə Covanni Valero, Karlos Bertuola və Alekssanderson Teyşeyra komanda yoldaşlarına kömək edə bilməyəcək. Əvəzində Kənan Manafov, Fərid Abbasov və Hüseyn Abdulov “qırmızı-ağlar”ın iştirak ərizəsinə daxil ediliblər.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu dekabrın 5-də keçiriləcək. Cütün qalibi ¼ finalda AEK (Yunanıstan) – Sportinq (Portuqaliya) duelinin qalibi ilə qarşılaşacaq.
“Araz-Naxçıvan”ın ilk oyun üçün iştirak ərizəsi:
Qapıçılar: 1. Emin Kürdov, 12. Rövşən Hüseynli, 19. Hüseyn Ədbülov
Oyunçular: 15. Fərid Abbasov, 20. Ədalət Ələkbərov, 8. Ülvi Əliyev, 6. Mirzə Əmirov, 21. Filipinyo, 10. Jean Markos Perruzo, 3. Qüdrət Qasımzadə, 29. Luicci Longo, 49. Kənan Manafov, 7. İaqo Henrique, 9. Alleks Rezende
Baş məşqçi: Yevgeni Kukseviç










































































