İtaliyada "Napoli" ilə UEFA Çempionlar Liqasının əsas mərhələsinin V tur oyunu zamanı huşunu itirərək əvəzlənən "Qarabağ"ın futbolçusu Kevin Medinanın durumuna aydınlıq gəlib.
Klubun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, bu gün aparılan müayinələr nəticəsində kolumbiyalı müdafiəçinin vəziyyətinin normal olduğu müəyyənləşib.
Komanda noyabrın 27-də istirahət edəcək. Medinanın noyabrın 28-dən komanda ilə məşqlərə qoşulacağı gözlənilir.










































































