"ilk növbədə, oyunçularımı təbrik edirəm. Möhtəşəm çıxış etdilər. Lakin baş məşqçi kimi istəyim çoxdur. Lakin bu cür davranışlı komandanı görmək istəyirəm. Çox maraqlı oyun oldu".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas evdə "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIV tur matçından sonra mətbuat konfransında deyib.
Litvalı mütəxəssis bildirib ki, meydançada ən önəmli açar ilk dəqiqələrdən təşəbbüsü ələ keçirmək istəkləri olub: "Rəqib gözlənilməz dəyişikliklər etmişdi. Lakin ikinci hissədə ən üstün tərəf biz idik. Rəqibə topla oynamağa imkan vermir, meydana hakimlik edirdik. Əlbəttə, məni məyus edən anlar da oldu. Bu da qol fürsətlərindən yararlana bilməməyimiz idi. Qapı qarşısında fərqlənə bilmirdik. Daha da artırmalı, sabah yenidən öz məşqimizi keçirməliyik. Çünki şənbə günü bizi çox çətin Tovuz səfəri, daha sonra "Qarabağ"la görüş gözləyir".
O, qış fasiləsinə lider kimi yollanma şanslarını da dəyərləndirib: "Mövsümün sonunda nələrin baş verəcəyini demək çətindir. Hazırda əsas işimiz təhlillər aparmaq və qarşıdakı oyunlara hazırlaşmaqdır".
Baş məşqçinin fikrincə, Aleksey İsayevin meydanı tərk etməsi əvvəlki zədəsi ilə bağlı deyil: "Həkimlər qərar verəcəklər. İnanıram ki, zədəsi ciddi olmayacaq".












































































