Birinci Divizionda çıxış edən "Şəmkir" klubu növbəti mövsüm öncəsi heyətini gücləndirib. Sportnet.az-ın məlumatına görə, klub rəhbərliyi artıq legionerlər də dəvət edib.
Bunlar İran U-16 millisində çıxış edən Mətin Şərifi və İranın "Peykan" klubunda top qovan Amin Dağestanidir.
Qeyd edək ki, hər iki futbolcu müdafiəçidir.