Avrokubokların əsas mərhələsində UEFA-ya üzv olan 55 ölkədən 39-u təmsil olunur.
Sportnet.az-ın araşdırmasına görə, cəmi 16 ölkə bu mərhələdən kənarda qalıb. Onlardan biri – sivil dünyadan təcrid olunan Rusiya – məlum səbəbdən siyahıya daxildir.
Beləliklə, turnirdə iştirak etməyən digər 15 ölkə UEFA reytinqindəki mövqelərinə uyğun olaraq yuxarıdan-aşağıya belə sıralanır:
Moldova, Latviya, Farer adaları, Lixtenşteyn, Estoniya, Albaniya, Litva, Şimali İrlandiya, Andorra, Belarus, Lüksemburq, Monteneqro, Gürcüstan, Uels, San Marino.
Avrokubokların əsas mərhələsində çıxış edənlər arasında UEFA sıralamasında ən aşağı yerdə qərarlaşan ölkə Cəbəllütariqdir – 48-ci pillə. Yəni, təmsilçisi olmayan 15 ölkənin təxminən yarısı Cəbəllütariqdən də aşağı mövqedədir.
FIFA reytinqi necədir?
Həmin “15-lik” ölkələrinin FIFA-nın son reytinqindəki mövqeləri isə belədir:
-
Uels – 32
-
Albaniya – 63
-
Şimali İrlandiya – 69
-
Gürcüstan – 73
-
Monteneqro – 83
-
Belarus – 99
-
Lüksemburq – 103
-
Farer adaları – 125
-
Estoniya – 130
-
Latviya – 140
-
Litva – 146
-
Moldova – 158
-
Andorra – 172
-
Lixtenşteyn – 205
-
San Marino – 210
Azərbaycan isə hazırda 127-ci pillədə yer alır. Bu o deməkdir ki, avrokubokların əsas mərhələsindən kənarda qalan ölkələrin 8-i Azərbaycan millisini FIFA reytinqində qabaqlayır, 7-si isə geridə qalır.
DÇ-2026 öncəsi durum
“15-lik”dəki ölkələrin dünya çempionatının seçmə mərhələsində göstərdikləri nəticələr də diqqət çəkir.
Pley-offa yüksələnlər:
-
Uels
-
Şimali İrlandiya
-
Albaniya
Bu üç ölkə 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək mundiala vəsiqə qazanmaq şansını saxlayır.
-
Uels pley-off yarımfinalında Bosniya və Herseqovina ilə qarşılaşacaq.
-
Şimali İrlandiyanın rəqibi İtaliya olacaq.
Bu cütün qalibləri finalda üz-üzə gələcəklər. -
Albaniya yarımfinalda Polşa ilə oynayacaq. Qalib finalda Ukrayna – İsveç duelinin qalibi ilə qarşılaşacaq.
Pley-off oyunları 26 və 31 mart 2026-cı ildə keçiriləcək.
Digər 12 ölkənin DÇ-2026 seçmə mərhələsindəki göstəriciləri
-
Gürcüstan – E qrupu, 3 xal, 3-cü yer (4 komanda)
-
Monteneqro – L qrupu, 9 xal, 4-cü yer (5 komanda)
-
Belarus – C qrupu, 2 xal, 4-cü yer (4 komanda)
-
Lüksemburq – A qrupu, 0 xal, 4-cü yer (4 komanda)
-
Farer adaları – L qrupu, 12 xal, 3-cü yer (5 komanda)
-
Estoniya – I qrupu, 4 xal, 4-cü yer (5 komanda)
-
Latviya – K qrupu, 5 xal, 4-cü yer (5 komanda)
-
Litva – G qrupu, 3 xal, 5-ci yer (5 komanda)
-
Moldova – I qrupu, 1 xal, 5-ci yer (5 komanda)
-
Andorra – K qrupu, 1 xal, 5-ci yer (5 komanda)
-
Lixtenşteyn – J qrupu, 0 xal, 5-ci yer (5 komanda)
-
San Marino – H qrupu, 0 xal, 5-ci yer (5 komanda)
Azərbaycan millisi isə D qrupunda 1 xalla sonuncu – 4-cü yeri tutub (Fransa, Ukrayna və İslandiyanın olduğu qrupda).
Nəticə etibarilə, bu 12 ölkənin:
-
9-u Azərbaycandan çox xal toplayıb,
-
2-si eyni nəticəni göstərib,
-
3-ü isə xal qazanmayıb.
Ritorik sual: Ölçü vahidi nədir – klub futbolu, yoxsa milli?
Futbolun səviyyəsini müəyyən etmək üçün ən çox verilən sual budur: Bir ölkənin inkişafını klublar daha yaxşı göstərir, yoxsa milli komanda?
Cavab sadədir:
-
Maddi tərəfdən – klublar,
-
mənəvi və identiklik tərəfdən – milli komanda.
Bir daha maraqlı müqayisə
-
Avropa çempionatında 24 ölkə çıxış edir.
-
DÇ-2026-dan etibarən Avropadan 18 komanda final mərhələsində iştirak edəcək.
-
Avrokubokların əsas mərhələsində isə 39 ölkənin klubları mübarizə aparır.
Bu fakt bir daha göstərir ki, ölkələrin klub futbolunda geniş təqdimatı, milli komandaların isə seçmə sistemində dar süzgəcdən keçməsi eyni səviyyə ölçüsünü vermir.
Elşən MƏMMƏDOV
Spo









































































