Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Turan Tovuz" "Sabah"ı sınağa çəkib.
Tovuz şəhər stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:1.
Hesabı 31-ci dəqiqədə Coy Lens Mikels açıb. Almaniyalı legioner qol sayını 8-ə çatdıraraq, bombardirlər siyahısında vahid lider olub. 68-ci dəqiqədə Velko Simiç fərqlənərək, çempionatda 5-ci qolunu vurub. 79-cu dəqiqədə isə Umarali Raxmonaliyev fərqlənib.
Meydan sahiblərinin təsəlli qoluna isə Filip Ozobiç 82-ci dəqiqədə imza atıb.
Beləliklə, "Sabah" xal sayını 31-ə çatdıraraq, lider olub. "Turan Tovuz" isə hələlik 24 xalla 5-cidir.
Qeyd edək ki, turun açılış oyununda "Şamaxı" "Zirə"ni məğlubiyyətə uğradıb - 2:1. Qalan oyunlar 14-15 dekabrda keçiriləcək.
-------------------
Azərbaycan Premyer Liqasında XV tura start verilib.
Sportnet.az-ın məlumatına görə, ilk oyun "Şamaxı" və "Zirə" komandaları arasında keçirilib. Şamaxı şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.
Hesabı 8-ci dəqiqədə qonaq komandanın futbolçusu Giorgi Papunaşvili vurub. Gürcüstanlı legioner uzaqdan zərbə ilə gözəl qol vurub.
21-ci dəqiqədə baş hakim İnqilab Məmmədov "Zirə"nin qapısına penalti təyin edib. Lakin komandanın baş məşqçisi Rəşad Sadıqovun sərt etirazından və VAR hakimi Elçin Məsiyevin müdaxiləsindən sonra qərarını ləğv edib.
Bununla belə, "Şamaxı" ikinci hissədə istəyinə çatıb. 54-cü dəqiqədə Alfons Msanqa bərabərlik qolunu vurub. 62-ci dəqiqədə isə Karim Rossi penaltini dəqiq yerinə yetirib. Rossi komandasına qələbə qazandırmaqla yanaşı, qol sayını 6-ya çatdıraraq, bombardirlər siyahısında 3-cü pilləyə qalxıb.
"Şamaxı" xalını 20-yə çatdıraraq, 7-ci pillədə qalsa da, 6-cı mövqedəki "Araz-Naxçıvan"la xal fərqini 3-ə endirib. "Zirə" isə 27 xalla hələlik 3-cüdür.
---------------------
Bu gün Azərbaycan Premyer Liqasında XV tura start veriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə 2 görüş keçiriləcək.
Əvvəlcə "Şamaxı" və "Zirə" komandaları üz-üzə gələcək. Şamaxı şəhər stadionunda təşkil olunacaq qarşılaşmanı çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov idarə edəcək.
Hazırda "Zirə" 14 oyundan 27 xalla 3-cü, "Şamaxı" 17 xalla 7-ci pillədə qərarlaşıb. İki komandanın 36 matçının 7-də əyalət, 16-da paytaxt təmsilçisi qələbə qazanıb, 13 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Zirə" öndədir - 48:32.
Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv son 4 oyunda qələbə qazanıb. Axırıncı 3 görüşün hərəsində üç qol vurulub.
Günün digər oyunu "Turan Tovuz" və "Sabah" arasında gerçəkləşəcək. Tovuz şəhər stadionunda baş tutacaq matçı FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Tovuz komandasının ötən tur "Qəbələ" ilə səfər matçı qatı duman səbəbindən yarımçıq qalıb və gələn ilə təxirə salınıb. Hazırda bu kollektiv 13 oyundan 24 xalla 5-ci pillədə yer alıb. Ötən tur "Neftçi" üzərində 2:0 hesablı inamlı qələbə qazanmış Masazır təmsilçisi isə eyni sayda görüşdən sonra 28 xalla 2-cidir.
İki komandanın əvvəlki 13 görüşünün 4-dən "Turan Tovuz", 6-dan "Sabah" qalib ayrılıb, 3 matçda isə heç-heçə qeydə alınıb. Topların nisbətində isə masazırlıların minimal üstünlüyü var - 18:17.
“Sabah” son 5 matçda qol vurub. “Turan Tovuz” axırıncı 3 ev oyununda xal qazanıb.
Azərbaycan Premyer Liqası, XV tur
13 dekabr (şənbə)
14:00. “Şamaxı” – “Zirə” - 2:1
Qollar: Alfons Msanqa, 54. Karim Rossi, 62 (pen.) - Giorgi Papunaşvili, 8
Sarı vərəqələr: Karim Rossi, 11 (qeyri-idman hərəkəti) - Junior Martins, 44 (qeyriidman hərəkəti); Qismət Alıyev, 77 (hakimin qərarına etiraz); Eldar Quliyev, 90+6 (qeyriidman hərəkəti)
Hakimlər: İnqilab Məmmədov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı şəhər stadionu, 900 tamaşaçı
“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 97. Oruc Məmmədov (7. Edqar Adilxanov, 83) 82. Rüfət Abbasov 9. Karim Rossi 3. Vladislav Veremeyev 13. Rikardo Apolinario (6. Antonio Lara, 90+4) 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos 8. Alfons Msanqa (27. Emil Süleymanov, 88)
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 77. Nihat Mehralıyev 14. Ravil Qafarov 24. Sənan Muradlı 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov
“Zirə”: 97. Tiaqo Silva 32. Qismət Alıyev (k) (7. Rövlan Muradov, 83) 29. Ceyhun Nuriyev (6. Eldar Quliyev, 77) 4. Ruan Renato 25. Enrike Kustodio 28. Leroy Mikels 10. Giorgi Papunaşvili 30. Rikardo Martins (8. İsmayıl İbrahimli, 62) 5. Ange Mutsinzi 11. Junior Martins (77. Yeqor Boqomolski, 62) 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 21. Hacıağa Hacılı 16. Fuad Bayramov 14. Elçin Əlicanov 48. Ramiz Muradov 33. Əkbər Eyubov 43. Əhliman Süleymanzadə
Baş məşqçi: Rəşad Sadıqov
16:30. “Turan Tovuz” – “Sabah” - 1:3
Qollar: Filip Ozobiç, 82 - Coy Lens Mikels, 30; Velko Simiç, 69; Umarali Raxmonaliyev, 79
Sarı vərəqələr: Enrike Silva, 89 (qeyri-idman hərəkəti) - İqor Noqeyra, 42 (qeyri-idman hərəkəti); Xəyal Əliyev, 54 (qeyri-idman hərəkəti); Amin Seydiyev, 80 (qeyri-idman hərəkəti); Aron Maluda, 83 (oyunun bərpasının ləngidilməsi); Stas Pokatilov, 90+2 (oyunun bərpasının ləngidilməsi); İvan Lepiniça, 90+4 (qeyri-idman hərəkəti) Rəsmi şəxsə göstərilən sarı vərəqə: Valerio Zuddas ( “Sabah” ), 82 (hakimin qərarına etiraz)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Seymur Səlimli
Tovuz şəhər stadionu, 3000 tamaşaçı
“Turan Tovuz”: 1. Oleq Baklov 10. Xəyal Nəcəfov (17. Rəhim Sadıxov, 46) 5. Roderik Miller (29. Filip Ozobiç, 76) 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe 21. Aleks Souza (11. Ayxan Hüseynov, 46)
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 88. Faiq Hacıyev 6. Fərid Yusifli 73. Ülvü Mədətov 14. Murad Dadaşev 30. Mircamal Əlizadə 60. Vüqar Bağırov
Baş məşqçi: Kurban Berdiyev
“Sabah”: 92. Stas Pokatilov (k) 88. Xəyal Əliyev (11. Kahim Parris, 66) 20. Coy Lens Mikels 21. Velko Simiç 40. İqor Noqeyra 80. Akim Zedadka (2. Amin Seydiyev, 78) 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 33. Umarali Raxmonaliyev (6. Abdulax Xaybulaev, 90) 19. Aron Maluda (8. Ayaz Quliyev, 90)
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 46. Aleksey İsayev 5. Rəhman Daşdəmiro 89. Cəfər Muxtarov 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
Qeyd edək ki, turun qalan oyunları 14-15 dekabrda keçiriləcək.














































































