Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Ağsuda səfərdə olub.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis Ağsu şəhər stadionunda fəaliyyət göstərən “Hilal Ağsu” uşaq futbol məktəbini ziyarət edib.
Yeniyetmələrlə görüşən millinin baş məşqçisi onlarla səmimi söhbətlər aparıb, gələcək karyeralarında uğurlar arzulayıb.
Abbasov yeniyetmələri futbola olan sevgilərini qorumağa və daim çalışqan olmağa səsləyib.
Görüşün sonunda uşaqlar baş məşqçi ilə xatirə şəkilləri çəkdirib, ondan avtoqraf alıblar. Abbasov yeniyetmələrə futbol topları və digər əşyalar hədiyyə edib.














































































