Azərbaycan Premyer Liqasında XV turun son oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Palms Sports Arena"da "Neftçi" və "Sumqayıt" komandaları üz-üzə gəlib.
Baş hakim Rauf Cabarovun idarə etdiyi görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Meydan sahibləri 34-cü dəqiqədə hesabı açıblar. Yayda transfer olunmuş İmadi Faraj "Neftçi"də ilk qolunu vurub. 49-cu dəqiqədə Bassala Sambu fərqi artıraraq, aktivindəki qol sayını 5-ə yüksəldib.
Lakin sona doğru qonaqlar təşəbbüsü ələ alıblar. Nsane Simon 74-cü, kapitan Səbuhi Abdullazadə 81-ci dəqiqədə fərqlənərək, "Sumqayıt"ı məğlubiyyətdən xilas ediblər.
Beləliklə, yeni baş məşqçi Yuri Vernidubun "Neftçi"də debütündə də qələbə qeydə alınmayıb. Hazırda "ağ-qaralar" 17 xalla 8-ci yerdə gedir. Xalını 27-yə çatdıran "gənclik şəhəri" təmsilçisi isə 3-cü pilləyə yüksəlib.
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Zirə"ni 2:1, "Kəpəz" "Qəbələ"ni 1:0, "Qarabağ" "Araz-Naxçıvan"ı 5:1, "Sabah" isə səfərdə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib.
-------------------------
Azərbaycan Premyer Liqasında XV turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda "İmişli" və "Karvan-Yevlax" komandaları üz-üzə gəlib.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu 29-cu dəqiqədə "İmişli"nin legioneri Dioqo Almeyda vurub. 10 dəqiqə sonra Vadim Abdullayev bərabərliyi təmin edib.
Bununla da xalını 16-ya çatdıran "İmişli" 9-cu, 6 xala malik "Karvan-Yevlax" 12-ci pillədə qərarlaşıb.
-----------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XV turun son 2 oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, əvvəlcə Quba Olimpiya İdman Kompleksinin stadionunda elitanın debütantları "İmişli" və "Karvan-Yevlax" komandaları üz-üzə gələcəklər.
Saat 14:00-da başlanacaq görüşü baş hakim Kamranbəy Rəhimov idarə edəcək. Hazırda "İmişli" 15 xalla 9-cu, "Karvan-Yevlax" 5 xalla sonuncu - 12-ci yerdə gedir. İlk dövrədə bu komandalar arasında keçirilmiş görüşdə "İmişli" böyük hesabla qalib gəlib - 3:0.
Son görüş isə "Palms Sports Arena"da "Neftçi" və "Sumqayıt" komandaları arasında gerçəkləşəcək. Saat 19:00-da başlanacaq oyunu Rauf Cabarov idarə edəcək. Paytaxt klubu 16 xalla 8-ci, "gənclik şəhəri" təmsilçisi 26 xalla 4-cü yerdə gedir. Meydan sahibləri qalib gəlsə, qonaqlar isə xal itirməsə 1 pillə irəliləyəcək.
"Neftçi" bu matça yeni baş məşqçisi Yuri Vernidubun rəhbərliyi altında çıxacaq. Ukraynalı mütəxəssis üçün bu, "ağ-qaralar"ın sükanı arxasında debüt oyunu olacaq. "Sumqayıt"da isə əksinə, baş məşqçi Saşa İliç və onun əsas köməkçisi Veliçko Kaplanoviç texniki zonada cəza üzündən yer almayacaq. Komandanı meydançaya məşqçi Şahin Abdullayev çıxaracaq.
Azərbaycan Premyer Liqası, XV tur
15 dekabr
14:00. “İmişli” – “Karvan-Yevlax” - 1:1
Qollar: Dioqo Almeyda, 29 - Vadim Abdullayev, 39
Sarı vərəqələr: Rafael Vieqaş, 63 (qeyri-idman hərəkəti) - Şakil Sno, 28 (qeyri-idman hərəkəti); Araz Abdullayev, 49 (qeyri-idman hərəkəti); Olavale Doyeni, 69 (qeyri-idman hərəkəti); Eltun Turabov, 90+3 (qeyri-idman hərəkəti)
Hakimlər: Kamranbəy Rəhimov, Pərvin Talıbov, Zöhrab Abbasov, Vüqar Həsənli
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Quba OİK, 150 tamaşaçı
“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 44. Həzrət İsayev 94. Rafael Vieqaş 10. Nikola Karaklaiç (21. Abbas Ağazadə, 84) 29. Edvin Banquera 6. Yau Mozes (5. İdris İnqilablı, 84) 9. Dioqo Almeyda 23. Dioqo Rollo 17. Ezekiel Morqan 7. Luis Silvestr (97. Xəzər Mahmudov, 75)
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 77. Elmir Rəhimzadə 70. Mehdi Tahirov 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya
“Karvan-Yevlax”: 99. Pedro Mateuş 7. Araz Abdullayev (k) 32. Elvin Yunuszadə 6. Vadim Abdullayev 33. Eltun Turabov 14. Uğur Cahangirov (10. Samuel Durrant, 84) 2. Şakil Sno (77. Əli Abdullayev, 46) 11. Kayl Spens 37. Mois Nqvisani 19. Tompson Qavi 4. Olavale Doyeni
Ehtiyat oyunçular: 25. Əmrah Bulud 42. İbrahim Qədirzadə 13. Vüsal Məsimov 22. Qabil Əlizadə 5. Nika Çaçaşvili 12. Vitor Roşa 3. Said İranxan 8. Peter Kings 21. İmani Barker
Məşqçi: Füzuli Məmmədov
19:00. “Neftçi” – “Sumqayıt” - 2:2
Qollar: İmad Faraj, 35; Bassala Sambu, 50 // Nsana Simon, 74; Səbuhi Abdullazadə, 82
Sarı vərəqələr: Elvin Bədəlov, 28 (qeyri-idman hərəkəti); Freddi Varqas, 90 (qeyriidman hərəkəti) - Rauf Rüstəmli, 32 (qeyri-idman hərəkəti); Səbuhi Abdullazadə, 34 (qeyri-idman hərəkəti); Rayan Senhadji, 48 (qeyri-idman hərəkəti); Nikola Ninkoviç, 90 (qeyri-idman hərəkəti); Xəyal Fərzullayev, 90+5 (oyunun bərpasının ləngidilməsi)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Teymur Teymurov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Palms Sports Arena”, 1164 tamaşaçı
“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) (14. Edvin Kuç, 82) 15. Elvin Bədəlov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu (45. Vensan Abubakar, 73) 27. Kristian Kostin (77. Falaye Sako, 82) 11. İmad Faraj (47. Murad Məmmədov, 82) 10. Freddi Varqas 23. Cordan Rezabala (28. Alessio Kurçi, 89)
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 22. Luis Ortis
Baş məşqçi: Yuri Vernidub
“Sumqayıt”: 22. Xəyal Fərzullayev 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 6. Rauf Rüstəmli (9. Aleksandr Ramalinqom, 46) 19. Roi Kehat (95. Nsane Simon, 46) 14. Pedro Pinto 72. Rayan Senhadji (3. Höccət Haqverdi, 89) 23. Ronaldo Vaskez 71. Masaki Murata (75. Nadir Orucov, 63) 80. Keffel Resende 11. Aleksa Yankoviç (10. Nikola Ninkoviç, 63)
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 56. Aftandil Arixov 66. Ruslan Əliyev 37. Nihad Orucəli
Məşqçi: Şahin Abdullayev
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" evdə "Zirə"ni 2:1, "Kəpəz" "Qəbələ"ni 1:0, "Qarabağ" "Araz-Naxçıvan"ı 5:1, "Sabah" isə səfərdə "Turan Tovuz"u 3:1 hesabı ilə məğlub edib.