İspaniya millisi Litva, Latviya və Sloveniyada keçirilən futzal üzrə Avropa çempionatının qalibi olub.
Sportnet.az-ın məlumatına görə, Sloveniyanın Lyublyana şəhərində baş tutan final görüşündə Portuqaliya yığması məğlub edilib - 5:3.
Finalın qəhrəmanı Antonio olub. O, het-trik edib. Digər qolları Rayya və Adolfo vurublar.
Portuqaliya millisindən isə Afonso Jezuş, Ruben Qoyş və Pauleta fərqlənib.
Qeyd edək ki, portuqaliyalılar 2018 və 2022-ci illərdə ardıcıl iki dəfə Avropa çempionu olmuşdular.
Bürünc medal 3-cü yer uğrunda görüşdə Fransanı üstələyən Xorvatiya yığmasına qismət olub. Matçın əsas vaxtı 5:5 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında Xorvatiya 6:5 hesabı ilə qalib gəlib.














































































