"Zirə" tezliklə heyətinə yeni futbolçu cəlb edəcək.
Sportnet.az-ın xəbərinə görə, bu barədə komandanın baş məşqçisi Rəşad Sadıqov məlumat verib.
44 yaşlı mütəxəssis hazırda adı açıqlanmayan oyunçu ilə danışıqların getdiyini bildirib: "Bu gün xəbər olmalıdır. Transfer etmək istədiyimiz futbolçu vinger və mərkəz hücumçusu mövqelərində çıxış edə bilər. Ən yaxşı variantımız futbolçularımızın ideal, pik formada olmasıdır. Danışıqlar gedir, rəhbərlik razılıq verib. Bizim bu dəqiqə ən yaxşı "silah"ımız futbolçuların yaxşı formada olmasıdır. Onlar da çalışır, istəklidirlər. Düşünürəm ki, yaxşı olar".















































































