İngiltərə “Nyukasl”ı bu gün "Qarabağ"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının ilk pley-off matçına itkilərlə çıxacaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə "sağsağanlar"ın baş məşqçisi Eddi Hou oyundan öncə mətbuat konfransında açıqlama verib.
49 yaşlı mütəxəssis bildirib ki, kapitan Bruno Gimaraynş hələ də sıradan kənardadır və yaxın həftələrdə komandaya kömək edə bilməyəcək. Braziliyalı yarımmüdafiəçi ilkin reabilitasiya mərhələsini millidə keçəcək, daha sonra klubun düşərgəsinə qayıdaraq bərpanın son hissəsini tamamlayacaq.
Hou həmçinin Emil Kraftın dizindən əməliyyat olunduğunu və böyük ehtimalla, mövsümün qalan hissəsində meydançaya çıxa bilməyəcəyini açıqlayıb: “Emil əməliyyat olunub. Görünən odur ki, mövsüm onun üçün başa çatıb. Bu, bizim üçün ciddi itkidir".
Bununla yanaşı, o, Joelintonun heyətə qayıdışının komanda üçün böyük üstünlük olduğunu qeyd edib.













































































