AFFA rəhbərliyi, Gənclər və İdman Nazirliyinin nümayəndələri və futbol veteranları əfsanəvi Anatoli Banişevskinin məzarını anadan olmasının 80-ci ildönümü münasibətilə ziyarət edib.
Sportnet.az xəbər verir ki, mərhumun məzarı önünə gül dəstələri qoyulub, onun əziz xatirəsi dərin hörmət və ehtiramla yad edilib.
Qeyd edək ki, Anatoli Banişevski Azərbaycan futbol tarixinin parlaq simalarından olub. O, uzun illər “Neftçi” klubunun şərəfini qoruyub, keçmiş SSRİ millisinin heyətində çıxış edib və öz dövrünün ən güclü, ən istedadlı hücumçularından biri kimi yaddaşlara həkk olunub.






























































































