21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, B qrupunda yer alan milli Bakıda Portuqaliya yığması ilə qarşılaşıb.
Yunanıstanlı baş hakim Xristos Vergetisin idarə etdiyi görüş qonaqların böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
8-ci km qəsəbə stadionunda güclü yağış altında keçirilmiş qarşılaşmanın ilk yarısı Portuqaliyadakı matçda olduğu kimi qolsuz tamamlanıb. Rəqib komanda yenə fasilədən sonra qolları sıralamağa başlayıb. Bu dəfə pireneylilər 5 yox, 4 dəfə fərqlənə biliblər.
27 mart
15:00. Azərbaycan (U-21) – Portuqaliya (U-21) - 0:4
Qollar: Qonsalo Moreyra, 51. Tiaqo Parente, 54. Yussef Şermiti, 66. Joao Simoes, 75
Azərbaycan: 22. Xəyal Fərzullayev, 2. Eşqin Əhmədov, 3. Rüfət Abbasov, 5. Emin Rüstəmov (kap.), 7. Murad Məmmədov, 10. Edqar Adilxanov, 11. Nahid Əliyev, 15. Raul Məmmədov, 18. Oruc Məmmədov, 19. Əkbər Eyubov, 20. Şahin Şahniyarov
Baş hakim: Xristos Vergetis
Baş hakimin köməkçiləri: Andreas Fotopulos, Konstantinos Staykos
Dördüncü hakim: Aleksandros Katsikogiannis
(Hakimlər briqadası Yunanıstandandır)
Bakı, 8-ci km qəsəbə stadionu
Bu komandalar arasında Portuqaliyada keçirilmiş görüşdə Azərbaycan millisi böyük hesabla uduzub - 0:5. Rəşad Eyubovun baş məşqçi olduğu yığma hazırda 5 xalla 5-ci yerdə gedir. U-21 qrupda növbəti oyununu martın 31-də səfərdə Bolqarıstan seçməsinə qarşı keçirəcək.