AFFA-nın bayrağı altında təşkil edilən qızlar liqalarında martın 30-dək keçirilməsi nəzərdə tutulan oyunlar təxirə salınıb.
Qurumun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, səbəb qeyri-sabit hava şəraitidir.
Qərar U-12 Qızlar Liqası, U-14 Qızlar Liqası, U-16 Qızlar Liqası və Yüksək Qızlar Liqasına şamil edilib.










































































