Ukrayna millisinin baş məşqçisi Sergey Rebrovin maaşı ilə bağlı yeni təfərrüatlar məlum olub.
Sportnet.az-ın yerli “24-cü kanal”a istinadən məlumatına görə, təcrübəli mütəxəssis ildə təxminən 1,25 milyon avro qazanır.
Bu məbləğin bir hissəsi onun imic hüquqlarından istifadə edən bukmeyker sponsor tərəfindən qarşılanır, qalan hissə isə Ukrayna Futbol Assosiasiyası (UAF) tərəfindən ödənilir.
Bundan əlavə, Rebrov 2024-cü ildən UAF-ın vitse-prezidenti vəzifəsini də icra edir. Bu isə onun ümumi illik gəlirini təxminən 1,5 milyon avroya çatdırır.
Baş məşqçinin Ukrayna millisi ilə müqaviləsi bu il başa çatacaq.
Xatırladaq ki, Ukrayna yığması DÇ-2026-nın seçmə mərhələsinin pley-offunda İsveçə 1:3 hesabı ilə uduzaraq turnirdən kənarda qalıb.






































































