"Azərbaycan millisi yaxşı oynadı. Keyfiyyətli oyunçuları var idi. Biz də oyuna yaxşı hazırlaşmışdıq. Lakin onlar bizi üstələməyi bacardı".
Bunu "FIFA Series 2026"nın final matçından sonra Sportnet.az-a açıqlamasında Sierra Leone yığmasının futbolçusu Abdulay Cuma Ba deyib.
İcarə əsasında Fransa "Nitsa"sında çıxış edən İngiltərənin "Mançester Siti" klubunun mərkəz müdafiəçisi Azərbaycan yığmasına penaltilər seriyasını belə şərh edib: "Çox həssas anlar idi. Hər an qalibiyyət əldən gedə bilərdi. Azərbaycan yığması bizdən dəqiq oynadı. Onları qələbə münasibətilə təbrik edirəm".
20 yaşlı oyunçu meydançada çox aqressiv təsir bağışlamasını oyun tərzi ilə əlaqələndirib: "Belə matçlarda gərginliyin yüksək həddə olması normal idi. Mən də müdafiəçi olduğumdan, bu halın baş verməsi təbiidir".









































































