Bosniya və Herseqovina millisinin kapitanı və simvolu Edin Ceko 2026-cı il dünya çempionatından öncə əməliyyat olunacaq.
Sportnet.az-ın Sportsport.ba-ya istinadən məlumatına görə, 40 yaşlı hücumçu seçmə mərhələnin İtaliya ilə final oyununun sonlarında zədələnib.
Təcrübəli hücumçunun çiyin sümüyündən xəsarət aldığı bildirilir.
Ceko zədə səbəbindən penaltı seriyasında iştirak etməyib.
İndi əsas məqsəd onu dünya çempionatına hazırlamaqdır. Bu, xüsusilə böyük turnir öncəsi və mövsümün sonlarında ciddi məsələdir.
Bu xəbər ölkə üçün böyük zərbədir, çünki Ceko illərdir millini həm meydançada, həm də meydançadan kənarda irəli aparan liderdir.
Qeyd edək ki, Bosniya və Herseqovina millisi dünya çempionatında Kanada, İsveçrə və Qətər ilə eyni qrupda mübarizə aparacaq.







































































