Türkiyədə milli komandanın 24 il sonra dünya çempionatına vəsiqə qazanmasının sevinc görüntüləri Azərbaycan telekanalı vasitəsilə izlənilib.
Sportnet.az-ın məlumatına görə, buna yerli yayımçı TV8 telekanalının final fiti səsləndirildikdən dərhal sonra reklam fasiləsinə çıxması səbəb olub.
Tamaşaçılar dərhal kanalı İctimai Televiziyaya (İTV) çevirərək, Tural Dadaşovun şərhi ilə həmin görüntüləri izləyiblər. TV8 efirə qayıtdıqda isə ekranlara Türkiyə millisinin deyil, Kosovo yığmasının azarkeşlərə təşəkkür görüntüləri gəlib.
İTV-nin görüntülərini sosial şəbəkələrdə paylaşan yerli media və azarkeşlər TV8-in sahibi Acun Ilıcalının ünvanına sərt formada etirazlarını bildiriblər. Fanatlar arasında söyüşlər yağdıranlar da olub.
İTV və şərhçisi üçün isə əksinə, xoş sözlər, Azərbaycana təşəkkürlər bildirilib.
Qeyd edək ki, Türkiyə millisi Kosovoya Kerem Aktürkoğlunun 53-cü dəqiqədə vurduğu qolla qalib gəlib - 1:0.
TV8’de reklam girdiği için izleyemediğimiz maç sonu sevincini, kardeş ülke Azerbaycan kanalı coşkuyla yayımladı ???????????????? #BizimÇocuklar
— Vaziyet Haber (@vaziyethaberi) March 31, 2026
pic.twitter.com/bxGL2mMpmA








































































