"Fənərbağça"nın yarınmüdafiəçisi Anderson Taliska yayda vətəninə geri dönə bilər.
Sportnet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, "Korintiyans" 32 yaşlı futbolçunun xidmətlərində maraqlıdır.
Braziliya klubu əgər hücumçusu Memfis Depayla müqaviləni yeniləməsə, yay transfer pəncərəsində İstanbul təmsilçisinin qapısını döyəcək.
Qeyd edək ki, Taliska cari mövsüm "Fənərbağça" forması ilə meydana çıxdığı 38 görüşdə 21 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.











































































