"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Sportnet.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Madrid təmsilçisi "Atalanta"nın yarımmüdafiəçisi Ederson ilə prinsipial razılıq əldə edib.
İspanlar artıq futbolçunun klubu ilə danışıqlara başlayıb.
Tərəflər arasında əldə ediləcək sözləşmənin 35-40 milyon avro aralığında olacağı gözlənilir.
Qeyd edək ki, Ederson bu mövsüm "Atalanta forması ilə 33 matça çıxıb, 2 qol və bir məhsuldar ötürməyə imza atıb.















































































