"Qalatasaray"ın qapıçısı Uğurcan Çakır bir neçə top 5 klubun transfer siyahısına düşüb.
Sportnet.az xəbər verir ki, "sarı-qırmızılılar" ötən yay bonuslarla birgə "Trabzonspor"dan 30 milyona transfer etdiyi qolkiper komandanın Çempionlar Liqası məcərasında böyük pay sahibi olub.
İstanbul klubu 29 yaşlı qapıçısı üçün ən azı 40 milyon avro tələb edəcək.
Qeyd edək ki, Uğurcan Çakır bu mövsüm meydana çıxdığı 36 matçda 13 "quru oyun" keçirib.














































































