AFFA-nın illik hesabat konfransı keçirilir.
Sportnet.az xəbər verir ki, keçirilən tədbirdə qurumun illik və xərc və gəlirlərinin bölgüsü açıqlanıb.
Federasiyaya ötən ümumilikdə 61 milyon 437 min 839 manat, xərcləri isə 49 milyon 110 min 811 manat təşkil edib.
Ən çox vəsait milli komandalara xərclənib - 27 milyon 887 min 267 manat.
Əməkhaqqı və ezamiyyə xərcləri 8 milyon 128 min 465 manat, hakimlər və hakim-inspektorlara 4 milyon 40 min 35 manat, oyunların təşkilinə 2 milyon 441 min manat xərclənib.
Qızlardan və oğlanlardan ibarət U-10-dan başlayaraq U-19-a qədər liqaların təşkili, AFFA Region Liqası və digər turnirlərin keçirilməsi xərcləri 2 milyon 371 min 143 manat olub.














































































