Azərbaycan premyer-liqasının 26-cı turunda “Kəpəz” “Qəbələ”yə uduzdu - 0:2.
Oyunsonrası mətbuat konfransında Azər Bağırov jurnalistlərin suallarını cavabladı.
- “Aprel döyüşləri”ndə şəhid olanlara Allahdan rəhmət diləyirəm. Son oyunlardan sonra məğlubiyyəti gözləyirdim. Belə səhvləri gözləyirdim. Rəqibi təbrik edirəm.
- Komanda sanki özündən aşağı səviyyəli komandaya qarşı oynaya bilmir.
- Normaldı. 5-6 turdan bir zəif oyun olmalıdı. Ən az legioneri olan komandayıq. Epizodlardan yararlanmayanda çətinlik çəkirik. Əvvəlki oyunlarda qol şanslarından yararlana bilirdik. Bu gün belə olmadı. Futbolçulara deyirəm ki, rəqibdən aslı olmayaraq maksimum köklənmək lazımdı.
- Yusif İmanovun fiziki durumu necədi?
- Heç bir ruh düşkünküyü yoxdu. Nə vaxt hazır olsa, çağırsrlar. Hazır deyil ki, millidə deyil. Hamının öz baxışı var.
- Məqsədlə Ohori xeyli vaxtdı oynamır.
- Məqsəd əməliyyat olacaq. Dizində problem var.
- “Kəpəz” rəhbərliyi komanda ilə görüşmüşdü?
- Bəli.
- Ayxan Abbasovun Yusif haqda reaksiyasını necə qarşıladız?
- Mənə problem yoxdu. Bu normaldı. Məşqçinin baxışı var. Ayxan müəllimin görüşünə hörmət edirəm.
- Deyirlər ki, mövsümün sonunda komandadan ayrılacaqsız. Rəhbərliklə danışmısız?
- Bəzi söhbətlər olub. Müqavilə bağlanmayıb. Maliyyə məsələsi də bilinməlidi. Planımız üzrə davam edəcəyik.












































































