İngiltərənin "Mançester Siti" komandası kapitanı Bernardu Silva ilə yollarını mövsümün sonunda ayıracaq.
Sportnet.az-ın məlumatına görə, bu barədə klubun köməkçi-məşqçisi Xosep Linders açıqlama verib.
“Kapitan unikaldır və onu başqa oyunçu ilə əvəzləmək mümkün deyil. Ümid edirəm ki, son aylarını yaxşı keçirəcək. Cəmi altı həftə qalıb və o, layiqli şəkildə vidalaşacaq. O, buna tam layiqdir”, – deyə mütəxəssis bildirib.
Qeyd edək ki, Bernardu Silva “Mançester Siti”nin heyətində 6 dəfə İngiltərə Premyer Liqasının qalibi olub. Portuqaliyalı yarımmüdafiəçi cari mövsümdə bütün turnirlərdə 43 oyuna çıxaraq 3 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.













































































