"Yasin Kol məndən inciməsin, amma onun futboldan heç bir anlayışı yoxdur"
Sportnet.az-ın məlumatına görə, bu sözləri tanınmış veteran futbolçu Nihat Kahveci deyib. O, dünən oynanan "Fənərbağça" - "Beşiktaş" görüşündən (1:0) sonra matçın baş hakimi Yasin Kola tənqidlər səsləndirib:
"Hakim çox bərbad idi. Oyunu düzgün idarə etmirdi. Hələ penalti epizodunu nəzərdə tutmuram. 81-ci dəqiqədə əks-hücum zamanı "ağ-qaralar"ın forvardı Oha qarşı qayda pozulub, hakim oyunu dayandıraraq təhlükəli hücumun qarşısını alır. Dəfələrlə kart verməli olduğu, amma vermədiyi epizodlar oldu. Yasin Kol məndən inciməsin, amma onun futboldan heç bir anlayışı yoxdur. Elə anda əks-hücumu saxlayaraq qayda pozuntusu verməli deyilsən".










































































