İspaniya "Real Madrid"ini UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində Almaniyanın "Bavariya" komandası ilə görüşdə ciddi təhlükə gözləyir.
Sportnet.az-ın məlumatına görə, "kral klubu"nun 6 futbolçusu sarı vərəqə limitindədir.
Onlar növbəti qarşılaşmada rəsmi xəbərdarlıq alsalar, sonrakı oyunda cəzalı duruma düşəcəklər.
Madrid təmsilçisinin bu üzvləri limitdədir:
Orelyen Çuameni
Cud Bellingem
Alvaro Karyeras
Kilian Mbappe
Din Höysen
Vinisius Junior
Qeyd edək ki, aprelin 7-də keçiriləcək "Real Madrid" - "Bavariya" matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.












































































