"Bu gün çox yaxşı oynadıq. Belə davam etsək, uğurlu nəticələrin ardı gələcək. Qələbə qazandığımız üçün xoşbəxtəm".
Bunu Sportnet.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Domi Massumo səfərdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqası XXVI matçı barədə danışarkən deyib.
Konqolu yarımmüdafiəçi bildirib ki, qarşılaşmaya ciddi hazırlaşmışdılar:
"Düşmə zonasındayıq və bu gün qələbə qazanmağımız bizi yuxarı pillələrə daha da yaxınlaşdırdı. Ötən həftə və bu həftə məşqlərimiz oldu. Ciddi hazırlığımızın nəticəsi meydanda göründü".
23 yaşlı oyunçu aprelin 12-də evdə "İmişli" ilə keçirəcəkləri XXVII tur matçı barədə gözləntilərini də bölüşüb:
"Öz axarımızda davam etməliyik. Bu gedişlə növbəti qarşılaşmada da güclü tərəf məhz biz olacağıq".
Qeyd edək ki, Domi Massumo "Kəpəz"lə görüşdə ikinci qolun müəllifi olub.
Haşım MƏMMƏDOV












































































