"Bavariya"nın hücumçusu Harri Keynin UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda "Real Madrid" səfərində iştirak edib-etməyəcəyi bəlli olub.
Sportnet.az-ın məlumatına görə, ingiltərəli forvard bu gün komanda ilə məşqlərə başlayıb.
Onun sabah komandası ilə birgə İspaniyaya yollanacağı gözlənilir.
Qeyd edək ki, 7 aprel "Santiaqo Bernabeu"da keçiriləcək "Real Madrid" - "Bavariya" matçı Bakı vaxtı ilə 23:00-da başlayacaq.











































































