"Barselona" qışda "Əl Hilal"dan icarəyə götürdüyü Joao Kanselo taleyi ilə bağlı yeni qərar qəbul edib.
Sportnet.az insayder Fabritsio Romanoya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi portuqaliyalı cinah müdafiəçisinin transfer hüquqlarına yiyələnmək üçün Səudiyyə təmsilçisi ilə danışıqlara başlayıb.
32 yaşlı futbolçu da İspaniya təmsilçisində özünü xoşbəxt hiss edir.
Qeyd edək ki, Joao Kanselo daha öncə 2023/24 mövsümündə də "Barselona"nın şərəfini qoruyub.














































































