"Oyun haqqında çox danışmağa ehtiyac yoxdur. Hər şey bəllidir".
Sportnet.az-ın məlumatına görə, bunu "Karvan-Yevlax"ın baş məşqçisi Füzuli Məmmədov səfərdə "Qarabağ"a 0:7 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XXVI tur matçından sonra mətbuat konfransında deyib.
49 yaşlı mütəxəssis ağır oyunda acı məğlubiyyət aldıqlarını bildirib: "Qarabağ"a qarşıdakı matçlarda uğurlar arzulayıram".















































































