Türkiyə Super Liqası təmsilçisi "Beşiktaş" heyətində ciddi itki ilə üzləşib.
Sportnet.az xəbər verir ki, İstanbul təmsilçisi yarımmüdafiəçisi Vilfred Ndidi zədələnib.
"Qara qartallar" nigeriyalı futbolçunun xidmətlərindən 2-3 həftə boyunca yararıana bilməyəcək.
Qeyd edək ki, Vilfred Ndidi cari mövsüm "Beşiktaş" formasını geyindiyi 26 matçda 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.













































































