"Arsenal" və "Yuventus"un sabiq futbolçusu Aaron Remsi futbolçu karyerasını başa vurduğunu açıqlayıb.
Sportnet.az xəbər verir ki, bu barədə uelsli oyunçu sosial şəbəkə hesabında paylaşım edib.
O, ən son Meksikanın "Pumas" klubunda çıxış edib.
Qeyd edək ki, Aron Remsi karyerası boyunca "Kardiff", "Nottinqem", "Arsenal", "Yuventus", "Nitsa", "Reyncers" və "Pumas" klublarında çıxış edib.














































































