UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunlarına yekun vurulub.
Sportnet.az xəbər verir ki, ikinci oyun günündə daha 2 görüş keçirilib.
Turnirin son qalibi PSJ Fransada İngiltərə "Liverpul"unu qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0. Hesabı 12-ci dəqiqədə Dezire Due açıb. 65-ci dəqiqədə isə Xviça Kvaratsxeliya fərqlənib.
Günün digər oyununda isə İspaniyada "Barselona" və "Atletiko Madrid" komandaları üz-üzə gəlib. Bu qarşılaşmadan isə qonaqlar eyni hesablı qələbə ilə ayrılıblar.
44-cü dəqiqədə Kataloniya təmsilçisinin futbolçusu Pau Kubarsi sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alıb. Rumıniyalı referi İştvan Kovaçın təyin etdiyi cərimə zərbəsini Xulian Alvares dəqiq zərbə ilə qapıdan keçirib.
70-ci dəqiqədə isə Aleksander Sörlot yekun nəticəni müəyyənləşdirib.
UEFA Çempionlar Liqası
1/4 final mərhələsi
İlk oyunlar
8 aprel
23:00 PSJ (Fransa) - "Liverpul" (İngiltərə) - 2:0
Qollar: Dezir Due, 12. Xviça Kvaratsxeliya, 65
23:00 "Barselona" (İspaniya) - "Atletiko Madrid" (İspaniya) - 0:2
Qollar: Xulian Alvarez, 45. Aleksander Sörlot, 70
Qırmızı vərəqə: Pau Kubarsi, 44 ("Barselona)
Qeyd edək ki, ilk oyun günündə "Real Madrid" İspaniyada Almaniya "Bavariya"sına uduzub - 1:2. "Sportinq" isə Portuqaliyada İngiltərə "Arsenal"ına yenilib - 0:1. Cavab görüşləri 14-15 apreldə keçiriləcək.













































































