"Beşiktaş" yayda heyətini qapıçı ilə gücləndirməyi planlaşdırır.
Sportnet.az İngiltərə KİV-inə istinadən xəbər verir ki, "qara qartallar" müqavilə ilə "Mançester Yunayted"ə məxsus, icarə əsasında "Trabzonspor"da çıxış edən Andre Onana ilə maraqlanır.
"Qırmızı şeytanlar"ın gələcək planlarında yer almayan kamerunlu qolkiperin onlarla yollarını ayıracağı dəqiqdir.
Anadolu təmsilçisi onu heyətinə qatmaq istəsə də, "Beşiktaş"ın bu mübarizəyə qoşulması "Trabzonspor"un işini qəlizləşdirir.
Qeyd edək ki, Andre Onana cari mövsüm 26 matça çıxıb.











































































