Bu gün UEFA Konfrans Liqasında 1/4 final mərhələsinə start veriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk matçında İspaniyanın "Rayo Valyekano" klubu doğma meydanda Yunanıstan təmsilçisi AEK-lə üz-üzə gələcək.
İngiltərə Premyer Liqası klubu "Kristal Pelas" A Seriyası təmsilçisi "Fiorentina" klubu ilə qarşılaşacaq.
Almaniyanın "Maynz" klubu Fransa təmsilçisi "Strasburq"u qonaq edəcək.
Dördüncü matç isə Ukrayna "Şaxtyor"u ilə Erediviziya klubu "Alkmar" arasında olacaq.
UEFA Konfrans Liqası
1/4 final mərhələsi, ilk oyunlar
20:45. "Rayo Valyekano" (İspaniya) - AEK (İspaniya)
23:00. "Maynts" (Almaniya) - "Strazburq" (Fransa)
23:00. "Kristal Pelas" (İngiltərə) - "Fiorentina" (İtaliya)
23:00. "Şaxtyor" (Ukrayna) - "Alkmaar" (Niderland)
Qeyd edək ki, cavab oyunları 16 apreldə olacaq.
















































































