Bu gün Azərbaycan Premyer Liqasında XXVII tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Karvan-Yevlax" və "Kəpəz" komandaları üz-üzə gəlib.
Yevlax şəhər stadionunda oynanılan qarşılaşmanı baş hakim Nicat İsmayıllı idarə edib.
Görüşün ilk hissəsi meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
İkinci 45 dəqiqədə isə ümumi 3 qol vurulub. Yevlaxlılar Gəncə klubunu 4:1 hesabı ilə məğlubiyyətə uğradıb. "Karvan-Yevlax"ın futbolçusu Rauf Rüstəmli het-trik edib. Daha bir qolu Eltun Turabov vurub. "Kəpəz"dən isə Fərid Nəbiyev fərqlənib.
Bu nəticəyə baxmayaraq, komandaların mövqeyində dəyişiklik baş verməyib. Hazırda "Kəpəz" 21 xalla 10-cu, "Karvan-Yevlax" 11 xalla 12-ci yerdə gedir.
Xatırladaq ki, iki komanda indiyədək yalnız bu mövsüm üz-üzə gəlib. Bu qarşılaşmaların birincisində "Karvan-Yevlax" 3:2, digərində "Kəpəz" 2:1 hesabı ilə qalib gəlib. Topların nisbəti bərabərdir - 4:4. Hər iki komanda əvvəlki oyunları qolsuz tərk etməyib. Meydan sahibi olan tərəf xal qazanmayıb.
Azərbaycan Premyer Liqası, XXVII tur
10 aprel (cümə)
15:30. “Karvan-Yevlax” – “Kəpəz” - 4:1
Qollar: Rauf Rüstəmli, 38; 45+1; 90+4. Eltun Turabov, 65 - Fərid Nəbiyev, 49
Sarı vərəqələr: İmani Barker, 50 (qeyri-idman hərəkəti); Eltun Turabov, 86 (oyunun bərpasının ləngidilməsi) - Olavale Onanuqa, 31 (qeyri-idman hərəkəti); Ehtiram Şahverdiyev, 38 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 4 dəq.
Hakimlər: Nicat İsmayıllı, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Ruslan Quliyev
VAR: Emin Əliyev
AVAR: Elçin Məsiyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Novruz Əzimov
Yevlax şəhər stadionu, 2500 tamaşaçı
“Karvan-Yevlax”: 99. Pedro Mateuş 6. Vadim Abdullayev (k) 33. Eltun Turabov 13. Vüsal Məsimov (37. Mois Nqvisani, 83) 14. Uğur Cahangirov (19. Tompson Qavi, 71) 16. Rauf Rüstəmli 5. Emin Rüstəmov 20. Coy Sleyd Mikels (17. Samir Abdullayev, 83) 2. Şakil Sno 11. Kayl Spens (10. Samuel Durrant, 83) 21. İmani Barker
Ehtiyat oyunçular: 1. Kamran İbrahimov 25. Əmrah Bulud 8. Peter Kings 4. Olavale Doyeni
Baş məşqçi: Füzuli Məmmədov
“Kəpəz”: 33. Yusif İmanov 7. Ehtiram Şahverdiyev (5. Rauf Hüseynli, 83) 77. Fərid Nəbiyev (99. Əli Səmədov, 83) 88. Şakir Seyidov 11. Rəhman Hacıyev 6. Camal Cəfərov (17. Ümid Səmədov, 46) 9. Luis Paçu (k) 24. Olavale Onanuqa 12. Mahamadu Ba 14. Adama Fofana 4. Mate Abuladze
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 20. Elcan Əbilov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 21. Sadiq Şəfiyev 80. Şahnur İsmayılov 57. Amur Yusifov 10. Ryonosuke Ohori
Baş məşqçi: Azər Bağırov
Qeyd edək ki, turun qalan oyunları 11-12 apreldə keçiriləcək.











































































