"Fənərbağça" yayda futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.
Sportnet.az-ın xəbərinə görə, İstanbul təmsilçisi yarımmüdafiəçisi Fredi satmaq istəyir.
33 yaşlı oyunçu da vətəni braziliyaya qayıtmaq istəyir.
Qeyd edək ki, cari mövsüm 26 matçda forma geyinən Fred karyerası boyunca "Şaxtyor" , "Mançester Yunayted", "İnternasyonal" klublarında çıxış edib.














































































