Azərbaycan Premyer Liqasının XXVIII turu çərçivəsində "Qarabağ"ın “Sabah” ilə keçiriləcək ev oyununda xanım azarkeşlər üçün giriş tamamilə pulsuz olacaq.
Klubun Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, Masazır təmsilçisi ilə oyununda "köhlən atlar"a dəstək olmaq istəyən xanım azarkeşlər üçün stadiona giriş sərbəstdir.
Xanımların biletlərini mütləq şəkildə 16,17,18 aprel tarixlərində stadionun kassalardan və ya Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən "Qarabağ" fanşopundan əldə etmələri vacibdir.

















































































