Azərbaycan çempionatının yüksək dəstəsində çıxış etmiş "Karat" klubu ləğv olunub.
Sportnet.az-ın məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində elan dərc olunub.
Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 201 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Karat" yüksək liqada 2024/2025 mövsümündə çıxış edib. Çempionatı 10-cu bitirməsinə baxmayaraq, mövsüm sonunda klub fəaliyyətini dayandırdığı üçün onun əvəzinə aşağı dəstəyə düşən MOİK çempionatda saxlanılıb. Həmin mövsümdə Azərbaycan Kubokunda əvvəlcə 1/8 final mərhələsində iki oyunun cəmində "Kəpəz" komandasını turnirdən uzaqlaşdırmağı bacarsa da, 1/4 finalda "İnter"ə (hazırkı "Şamaxı") məğlub olaraq mübarizəni dayandırıb.













































































