Azərbaycan Premyer Liqasının XXIX turunun daha bir matçı başa çatıb.
Sportnet.az-ın məlumatına görə, "Neftçi" "Qarabağ"ı qonaq edib.
6 qolun vurulduğu matçda Ağdam təmsilçisi "ağ-qara"ları darmadağın edib - 5:1.
Xal ehtiyatını 59-a qaldıran "köhlən atlar" 2-ci sıradakı yerini möhkəmlədib. "Neftçi" isə 44 xalla 5-ci sıradadır.
-----------------------------------------------------------
Azərbaycan Premyer Liqasının XXIX turu davam edir.
Sportnet.az xəbər verir ki, "Şamaxı" "Kəpəz"i qonaq edib.
Görüşdə hər iki qol ikinci hissədə vurulub. Meydan sahibləri matçın son 30 dəqiqəsində vurduğu iki qolla qazanıb.
Bu qələbə xal ehtiyatını 35-ə çatdıraraq 8-ci pillədə qərarlaşıb. 21 xalı olan "Kəpəz" isə 10-cu sırada qərarlaşıb.
-----------------------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasının XXIX turunun daha 2 matçı oynanılacaq.
Sportnet.az-ın məlumatına görə, ilk görüş Şamaxı şəhər stadionunda olacaq. Eyniadlı komanda "Kəpəz"i qonaq edəcək.
Saat 16:00-da start götürəcək görüşü Rəşad Əhmədov idarə edəcək.
32 xalı olan "Şamaxı" 8-ci yerdə qərarlaşıb. Gəncə təmsilçisi isə 21 xalla 10-cu sırada yer alır.
Tərəflərin son 10 duelinə baxsaq, qərb klubunun üstün olduğunu deyə bilərik. Gəncəlilər 4 dəfə qələbə qazanıb, 3 dəfə heç-heçəyə razılaşıbsa, eyni sayda da "Şamaxı" qələbə qazanıb. Topların nisbəti isə bərabərdir - 14:14.
Komandaların axırıncı oynadığı 5 görüşə nəzər yetirsək, "şirlər" cəmi bir qələbə qazanıb, 2 dəfə uduzub və eyni sayda bərabərlik əldə edib. Gəncəlilərdə isə vəziyyət daha da pisdir. Yalnız bir qələbə və heç-heçəsi olan "Kəpəz" 3 dəfə uduzub.
Günün ikinci görüşü isə "Palm Sports Arena"da baş tutacaq. "Neftçi" "Qarabağ"ı qonaq edəcək.
Saat 19:00-da start veriləcək görüşü Tural Qurbanov idarə edəcək.
Tərəflərin son 10 duelində "Qarabağ" birbaşa üstündür. "Köhlən atlar" nəinki uduzmayıb, hətta heç-heçə belə etmədən bütün oyunlarda qələbə qazanıb. Top nisbəti isə Ağdam təmsilçisinin xeyrinədir - 30:2.
Komandaları axırıncı 5 görüşündə isə "ağ-qaralar" üstündür. Məğlubiyyət üzü görməyən Bakı təmsilçisi 4 qələbə qazanıb və bir heç-heçəyə razılaşıb. "Qarabağ"ın isə uğursuz seriyası var. Onlar 2 dəfə uduzub, 2 heç-heçə razılaşıb və cəmi bir dəfə qələbə qazana bilib.
Azərbaycan Premyer Liqası
XXIX tur
26 aprel (bazar)
16:00. “Şamaxı” – “Kəpəz” - 2:0
Qollar: Rikardo Apolinario, 68; Andrey Tirkoveanu, 75
Sarı vərəqələr: Oruc Məmmədov, 37 (qeyri-idman hərəkəti); Rikardo Apolinario, 71 (qeyri-idman hərəkəti); Sezar Enrike, 90 (qeyri-idman hərəkəti) - Rauf Hüseynli, 4 (qeyri-idman hərəkəti); Luis Paçu, 21 (qeyri-idman hərəkəti); Şakir Seyidov, 28 (qeyri-idman hərəkəti); Fərid Nəbiyev, 90+2 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Araz Bağırov (“Kəpəz”), 16 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
Hakimlər: Rəşad Əhmədov, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Emin Əliyev
AVAR: İnqilab Məmmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Şamaxı şəhər stadionu, 1200 tamaşaçı
“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev (17. Rafael Məhərrəmli, 67) 97. Oruc Məmmədov (27. Emil Süleymanov, 87) 82. Rüfət Abbasov (14. Ravil Qafarov, 87) 9. Karim Rossi (88. Rodriqo Fernandeş, 81) 10. Andrey Tirkoveanu (8. Alfons Msanqa, 81) 13. Rikardo Apolinario 11. Dioqo Balau 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 80. Həbib İsmayılov 21. Bilal İsmayılov 7. Edqar Adilxanov 77. Nihat Mehralıyev 19. Abdullahi Şuaybu
Baş məşqçi: Ayxan Abbasov
“Kəpəz”: 33. Yusif İmanov 77. Fərid Nəbiyev 5. Rauf Hüseynli (17. Ümid Səmədov, 81) 88. Şakir Seyidov (99. Əli Səmədov, 87) 11. Rəhman Hacıyev 9. Luis Paçu (21. Sadiq Şəfiyev, 87) 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa 14. Adama Fofana (6. Camal Cəfərov, 81) 4. Mate Abuladze 10. Ryonosuke Ohori (7. Ehtiram Şahverdiyev, 81)
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 20. Elcan Əbilov 66. Arzu Atakişiyev 80. Şahnur İsmayılov 57. Amur Yusifov 83. Raul İsaqov
Baş məşqçi: Azər Bağırov
19:00. “Neftçi” – “Qarabağ” - 1:5
Qollar: Elvin Bədəlov, 20 - Musa Qurbanlı, 9; 32; Joni Montiel, 38; Leandro Andrade, 68; Emmanuel Addai, 90+3
Sarı vərəqələr: Luis Ortis, 60 (qeyri-idman hərəkəti); Cordan Rezabala, 83 (qeyriidman hərəkəti) - Mateus Silva, 14 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq; II hissədə - 3 dəq.
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Palms Sports Arena”, 9500 tamaşaçı
“Neftçi”: 13. Kenan Piriç 8. Emin Mahmudov (k) (14. Edvin Kuç, 78) 15. Elvin Bədəlov 7. Emil Səfərov 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu (23. Cordan Rezabala, 61) 70. Andrey Ştoqrin 11. İmad Faraj (28. Alessio Kurçi, 72) 10. Freddi Varqas (9. Bassala Sambu, 72) 22. Luis Ortis (47. Murad Məmmədov, 61)
Ehtiyat oyunçular: 1. Emil Balayev 81. Məhdi Həsənov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 6. Sessi Dalmeyda 27. Kristian Kostin
Məşqçi: Vitali Vernidub
“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 22. Musa Qurbanlı (21. Aleksey Kaşuk, 83) 10. Abdullah Zubir (11. Emmanuel Addai, 83) 81. Kevin Medina 8. Marko Yankoviç 2. Mateus Silva (24. Jeremi Qnali, 83) 9. Joni Montiel 15. Leandro Andrade (17. Kamilo Duran, 75) 35. Pedro Bikalyo (20. Kadi Borqes, 75)
Ehtiyat oyunçular: 89. Amin Ramazanov 97. Fabian Buntiç 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov














































































