Azərbaycan Premyer Liqasının XXI turundan təxirə salınmış "Neftçi" - "Qarabağ" oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Palm Sports Arena"da baş tutmuş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
Baş hakim Kamranbəy Rəhimov idarə etdiyi qarşılaşmada bütün qollar ikinci hissədə vurulub. İlk yarının sonlarında "Qarabağ"ın futbolçusu Coni Montiel zədələnərək, yerini Musa Qurbanlıya verib.
Fasilədən sonra fəallığı ilə seçilən "Neftçi" 55-ci dəqiqədə hesabı açıb. Emil Səfərov cinah ötürməsini başla qapıya göndərib.
86-cı dəqiqədə onun komanda yoldaşı Elvin Bədəlov avtoqol müəllifi olub. Bununla belə, "ağ-qaralar" 90+2-ci dəqiqədə istəklərinə çatıblar. Bassala Sambu cərimə zərbəsindən sonra qələbə topunu vurub və "Sabah"ın legioneri Velko Simiçlə bərabər Premyer Liqanın bombardirlər siyahısında 11 qolla 2-3-cü yerləri bölüşüb.
"Neftçi" isə xalını 47-yə çatdıraraq, "Zirə"ni keçib və 4-cü pilləyə yüksəlib.
Əvəzində 59 xalla 2-ci yerdə olan "Qarabağ" qızıl medal şanslarını tam itirib. Bununla da 72 xala malik "Sabah" Premyer Liqanın sonuna 4 tur qalmış tarixində ilk dəfə çempionluğu təmin edib.
Digər tərəfdən, "Neftçi" 18 oyundan və 5 ildən sonra "Qarabağ"a qalib gəlməyi bacarıb.
Azərbaycan Premyer Liqası
XXI tur (təxirə salınmış oyun)
30 aprel (cümə axşamı)
20:00. "Neftçi" - "Qarabağ" - 2:1
Qollar: Emil Səfərov, 55; Bassala Sambu, 90+2 - Elvin Bədəlov, 86 (ö.q.)
Sarı vərəqələr: Sessi Dalmeyda, 24 (qeyri-idman hərəkəti); Emil Səfərov, 39 (qeyri-idman hərəkəti); Freddi Varqas, 74; (qeyri-idman hərəkəti); Emil Balayev, 90 (oyunun bərpasının ləngidilməsi); Bassala Sambu, 90+2 (qeyri-idman hərəkəti) - Joni Montiel, 41 (hakimin qərarına etiraz); Kadi Borqes, 90+1 (qeyri-idman hərəkəti); Kamilo Duran, 90+4 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Müslüm Əliyev, Rəşad Əhmədov
VAR: Elçin Məsiyev
AVAR: Elşad Abdullayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Palms Sports Arena”, 7800 tamaşaçı
“Neftçi”: 1. Emil Balayev 8. Emin Mahmudov (k) (23. Cordan Rezabala, 89) 15. Elvin Bədəlov 7. Emil Səfərov (18. İfeanyi Metyu, 74) 77. Falaye Sako 6. Sessi Dalmeyda 5. İqor Ribeyro 33. Breno Almeyda 11. İmad Faraj (28. Alessio Kurçi, 74) 10. Freddi Varqas (9. Bassala Sambu, 74) 22. Luis Ortis (24. Mustafa Sek, 83)
Ehtiyat oyunçular: 13. Kenan Piriç 91. Nurəziz Əzizov 4. Elvin Camalov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanskiy 47. Murad Məmmədov 70. Andrey Ştoqrin
Baş məşqçi: Yuri Vernidub
“Qarabağ”: 99. Mateus Koxalski 55. Bədavi Hüseynov (k) 27. Toral Bayramov 10. Abdullah Zubir 81. Kevin Medina 8. Marko Yankoviç (35. Pedro Bikalyo, 71) 20. Kadi Borqes 2. Mateus Silva 9. Joni Montiel (22. Musa Qurbanlı, 42) 15. Leandro Andrade (11. Emmanuel Addai, 71) 17. Kamilo Duran
Ehtiyat oyunçular: 97. Fabian Buntiç 89. Amin Ramazanov 77. Ramil Şeydayev 32. Hikmət Cəbrayılzadə 21. Aleksey Kaşuk 24. Jeremi Qnali
Baş məşqçi: Qurban Qurbanov














































































