Futzal üzrə Azərbaycan Yüksək Liqasında XVIII turun oyunları keçirilib.
Sportnet.az-ın məlumatına görə, lider “Neftçi” İK “Şuşa”nın qapısından 28 cavabsız top keçirib.
Bu, cari mövsümdə qeydə alınan ən böyükhesablı qələbədir.
Çempionatın bombardiri Allef Maiolli və komanda yoldaşı Leonildo Rodrigues hərəyə 6 dəfə rəqib qapısına yol tapıblar.
Digər matçda isə “Baku Fire” gənclər yığmasından güclü olub.
“Araz-Naxçıvan” isə 3 xalı meydana çıxmadan qazanıb. “Lənkəran” yarışdan çıxdığına görə, “qırmızı-ağlar”ın xal ehtiyatı artıb.
Şuşa – Neftçi İK - 0:28
U-19 – Baku Fire - 3:10













































































