Azərbaycan Premyer Liqasının XXXII turunun ikinci matçı başa çatıb.
Sportnet.az xəbər verir ki, "Araz-Naxçıvan" ev oyunlarını keçirdiyi "Socar Polymer Arena"da "Kəpəz"i qəbul edib.
Meydan sahibləri hər hissədə vurduğu bir qolun sayəsində qələbə qazanıb.
Xal ehtiyatını 43-ə yüksəldən Naxçıvan təmsilçisi 6-cı pilləyə yüksələrək bir oyun əskiyi olan "Sumqayıt"ı geridə qoyub. Gəncə klubu isə 27 xalla 10-cu pillədə qalıb.
----------------------------------------------------------------------------------------------------------------------------------
Azərbaycan Premyer Liqasının XXXII turuna start verilib.
Sportnet.az xəbər verir ki, "Karvan-Yevlax" "Araz-Naxçıvan"ı qəbul edib.
Hesabı əvvəlcə Yevlax təmsilçisi açsa da, "qırmızı-qaralar" sonradan vurduğu iki qolla hesabda önə keçib.
Oyun bu nəticə ilə də başa çatıb. 14 xalı olan "Karvan-Yevlax" sonuncu, 10 xal öndə olan "Qəbələ" isə 11-cu pillədə qalıb.
-----------------------------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasının XXXII turuna start veriləcək.
Sportnet.az xəbər verir ki, açılış günündə iki matç oynanılacaq.
İlk görüş Yevlaxda olacaq. Autsayder "Karvan-Yevlax" "Qəbələ"ni qəbul edəcək.
Saat 17:00-da başlayacaq qarşılaşmanı Əli Əliyev idarə edəcək.
14 xalı olan "Karvan-Yevlax" çempionatın sonuncu sırasında yerləşir. Onların gələn mövsüm Birinci Liqada çıxış edəcəyi dəqiqləşib. Autsayderdən bir pillə yuxarda yerləşən "Qəbələ"nin isə 21 xalı var. Region klubu gələn mövsüm Premyer Liqada qalmaq üçün pley-off oynayacaq.
Tərəflər indiyədək 2 dəfə qarşılaşıb. Hər iki duel də cari mövsümə təsadüf edib. Görüşlərin heç birində qalib müəyyənləşməyib: 1:1; 1;1.
İkinci qarşılaşma isə Sumqaytıda olacaq.
"Araz-Naxçıvan" "Socar Polymer Arena"da "Kəpəz"i qonaq edəcək.
Saat 19:30-da başlayacaq görüşü Rəşad Əhmədov idarə edəcək.
40 xalı olan "Araz-Naxçıvan" 7-ci, 27 xalı olan "Kəpəz" isə 10-cudur.
Klublar indiyədək 14 dəfə qarşılaşıb. Ümumən bərabər səviyyədə keçən duellərdə 2 heç-heçə qeydə alınıbsa, digər 12 görüşdə tərəflər hərəyə 6 qələbə qazanıb.
“Kəpəz” son 6 matçda qol vurmayıb. “Araz-Naxçıvan” son iki görüşdə qalib gəlib. Naxçıvanlılar rəqibini qol nisbətində üstələyir - 20:15.
Azərbaycan Premyer Liqası
XXXII tur
15 may (cümə)
17:00. “Karvan Yevlax” – “Qəbələ” - 1:2
Qollar: Olavale Doyeni, 54 - İbrahim Sanqare, 56; Domi Massumo, 67
Hakimlər: Əli Əliyev, Gülnurə Əkbərzadə, Mirnihad Seyidov, Vüqar Həsənli
VAR: Rauf Cabarov
AVAR: Cəmil Quliyev
Yevlax şəhər stadionu
19:30. “Araz-Naxçıvan” – “Kəpəz”- 2:0
Qol: Patrik Andrade, 36; Ramon Maçado, 76
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Orxan İbişov, İslam Məmmədov
VAR: Əkbər Əhmədov
AVAR: Tural Qurbanov
“SOCAR Polymer Arena”














































































