Beşiktaş" mövsümün əvvəlində icarə əsasında heyətinə qatdığı El Bilal Touré ilə bağlı qərarını verməyə yaxındır.
Sportnet.az “Africafoot” nəşrinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi mali hücumçunun transfer hüquqlarını almaq üçün fəaliyyətə başlayıb.
Bildirilir ki, “Beşiktaş” rəhbərliyi futbolçunun çıxışından razıdır və onun komandada qalmasını istəyir. Bu səbəbdən də klubun yaxın vaxtlarda oyunçunun məxsus olduğu "Atalanta" ilə danışıqlara başlaması planlaşdırılır.
Məlumatda həmçinin qeyd olunub ki, komandanın məşqçilər heyəti də El Bilal Turenin komandada qalmasına müsbət yanaşır. Tərəflər arasında transfer danışıqlarının yay transfer dönəmində sürətlənəcəyi gözlənilir.











































































