"Şəfa" komandası Azərbaycan I Liqasında çempionluğu və 2026/2027 mövsümündə Premyer Liqaya vəsiqəni təmin edib.
Sportnet.az-ın məlumatına görə, bu, sona 1 tur qalmış baş verib.
XXVI tur matçında "Cəbrayıl"ı qəbul edən "Şəfa" minimal hesabla qalib gəlib - 1:0. Yeganə qolu 4-cü dəqiqədə Emin Zamanov vurub. Bununla da xalını 57-yə çatdıran paytaxt təmsilçisi qızıl medalları təmin edib.
Qeyd edək ki, "Şəfa" sonuncu dəfə 2004/2005 mövsümündə elitada çıxış edib. Həmin vaxt klub maliyyə çətinlikləri səbəbindən zəifləyərək mövsümü tamamlamayıb, texniki məğlubiyyətlərlə sonuncu yerdə qərarlaşıb.














































































