Azərbaycan Premyer Liqasının XXXII turunda "Araz-Naxçıvan" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib.
Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında komandanın baş məşqçisi Andrey Demçenko jurnalistlərin suallarını cavablandırıb:
"Bu qalibiyyət münasibəti ilə hər kəsi təbrik edirəm. Bu gün biz müasir futbol oynadıq. Məşqlərimizin bəhrəsini gördük. Rəqibimizə çətinliklər yaratmağa çalışdıq. Oyuna nəzarət bizim əlimizdə idi".
- Turnir cədvəli ilə bağlı bir motivasiya qalmayıb. Bu amili nəzərə alsaq, oyunçuları matça necə kökləyirsiniz?
- Başa düşürəm ki, bu mövsüm bizim üçün yaxşı keçmədi. Ardıcıl 5 məğlubiyyət avrokuboklara vəsiqə qazanmamağımıza səbəb oldu. Mən həmişə öz futbolçularıma deyirəm ki, hər oyun bir şansdır. Son oyunumuz qalıb. Çox da motivasiyaya ehtiyac yoxdur. Onlar özləri də başa düşürlər ki, bu matçlar onlar üçün özlərini göstərmək baxımından bir şansdır.
- Bəs özünüzün motivasiyası varmı?
- Şəxsi olaraq da, yaxşı bir mövsüm keçirə bilmədim. Komanda bir gəmidir. Burada həm futbolçular, həm də məşqçilər var. Bundan sonra rəhbərlik necə qərar verəcəksə, elə də olacaq.














































































