İlk dəfə I Liqanın qalibi olan “Şəfa” əvvəllər Birinci dəstə və I Divizion adlarını da daşıyan turnirdə çempionluq yaşayan 27-ci komandadır.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, bunadək 26 klub belə uğur əldə edib. “Araz Naxçıvan”, MOİK, “Neftçala”, “Qaradağ Lökbatan”, “Qəbələ” və “Turan Tovuz” iki, digər komandaların bir qızıl medalı var.
Qeyd edək ki, 1993/1994 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/98, 1998/99, 2002/03 mövsümlərində yarış keçirilməyib.
I Liqanın qalibləri
1992. ANS Pivani (Bakı)
1993. Xəzri
1993/94. Azneftyağ və Zabrat
1994/95. Şəmkir
1995/96. Xəzər (Sumqayıt)
1996/97. Göyçay
1999/2000. Şahdağ (Quba)
2000/01. MOİK
2001/02. Lokomotiv
2003/04. Gənclərbirliyi
2004/05. Şüvəlan
2005/06. Qəbələ
2006/07. Masallı
2007/08. Bakılı
2008/09. ABN
2009/10. Kəpəz
2010/11. Abşeron
2011/12. Qaradağ Lökbatan
2012/13. Ağsu
2013/14. Araz Naxçıvan
2014/15. Neftçala
2015/16. Neftçala
2016/17. Turan Tovuz
2017/18. Xəzər (Bakı)
2018/19. MOİK
2019/20. Turan Tovuz
2020/21. Neftçi-2
2021/22. Qaradağ Lökbatan
2022/23. Araz Naxçıvan
2023/24. Şamaxı
2024/25. Qəbələ
2025/26. Şəfa
Qeyd edək ki, turnirin qalibləri həmin vaxt olduğu deyil, sonradan daşıdığı adla göstərilib.













































































