Azərbaycan Premyer Liqasında XXXII turun “Şamaxı” – “Turan Tovuz” matçının hakim təyinatında dəyişiklik edilib.
Sportnet.az xəbər verir ki, qarşılaşmanı Rəvan Həmzəzadə idarə edəcək.
Dördüncü hakim isə Ruslan Quliyev olacaq.
Daha əvvəl açıqlanan təyinatlarda isə baş hakim funksiyasını Ruslan Quliyevin yerinə yetirəcəyi, dördüncü hakimin isə Rəvan Həmzəzadə olacağı bildirilirdi.
Qeyd edək ki, bu gün Şamaxı şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlanacaq.












































































